Bank Of Baku

«Kapital Bank» və «Azərdəmiryolbank» filial direktorlarının həbsi ilə bağlı məlumatı təkzib edir

«Kapital Bank» və «Azərdəmiryolbank» filial direktorlarının həbsi ilə bağlı məlumatı təkzib edir
# 06 oktyabr 2009 09:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) 11 filialının direktorunun həbsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu «APA-Economics»ə açıqlamasında bankın Marketinq Departamentinin direktor müavini Nazim Səfərov bildirib.

N.Səfərovun sözlərinə görə, bəzi KİV-də filial müdirlərinin həbsi ilə bağlı yayılan məlumatlar səhvdir: «Ümumiyyətlə, belə məlumat yayanlar məhkəməyə verilməlidir. Çünki bu məlumat cəfəngiyatdır və biz belə yalan məlumatlara şərh vermək niyyətində deyilik».

Qeyd edək ki, həmin məlumatda «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının da 7 filialının direktoru həbs olunub. Bu bankın rəsmiləri də məlumatı təkzib ediblər: «Bu gün həmin məlumatla bağlı bankın bütün filial rəhbərləri ilə telefonla əlaqə saxlamışıq. Bütün filialların direktorları iş başındadır».

Qeyd edək ki, bəzi KİV-də hüquq-mühafizə orqanlarının bu günlərdə keçirdiyi əməliyyat nəticəsində «Kapital Bank»ın 11, «Azərdəmiryolbank»ın isə 7 filial direktorunun həbs edilməsi ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, filial direktorlarının həbsinə səbəb yüksək məbləğdə kreditlərin verilməsi zamanı alınan rüşvət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR