Bank Of Baku

Dünya Bankı vəsait çatışmazlığı ilə üzləşə bilər

Dünya Bankı vəsait çatışmazlığı ilə üzləşə bilər
# 06 oktyabr 2009 09:08 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya Bankı (DB) kasıb ölkələrə yardım etmək üçün artıq Ehtiyat Fondun vəsaitlərindən istifadə etməyə başlayıb.
APA-Economics”in xəbərinə görə, bu barədə DB-nin İstanbulda keçirilən illik toplantısında çıxış edən qurumun prezidenti Robert Zellik açıqlama verib. O bildirib ki, artıq kasıb ölkələrə yardım məqsədilə Ehtiyat Fonddan 100 mln. dollar sərf olunub.
R.Zellikin sözlərinə görə, qlobal iqtisadi böhranın təsirlərini aradan qaldırmaq üçün DB-dən kömək istəyən ölkələrin sayı artıb. Bu isə qurumu maliyyə vəsaitlərinin çatışmazlığı ilə üzləşdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR