Bank Of Baku

Sabah Bakıda investorlar üçün sərgi keçiriləcək

Sabah Bakıda investorlar üçün sərgi keçiriləcək
# 06 oktyabr 2009 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 7-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə Bakıda investorlar üçün sərgi təşkil olunacaq.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, sərgidə yerli və xarici kapitallı banklar və qeyri-bank kredit təşkilatları, həmçinin mikromaliyyə təşkilatlarının rəsmiləri iştirak edəcək.

J.Hacıyevanın sözlərinə görə, sərgidə dünyanın ən iri 15 xarici investor təşkilatı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), «Planet Finance» (Fransa), «Triple Jump» (Niderland), Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və digər təşkilatların iştirakı gözlənilir. Ümumilikdə, sərgidə 100-ə yaxın yerli və xarici maliyyə təşkilatının nümayəndəsi iştirakı edəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR