Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Aqrarkredit»də pay almaq istəyir

Avropa Yenidənqurma və İnkişaf Bankı «Aqrarkredit»də pay almaq istəyir
# 06 oktyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» qeyri-bank kredit təşkilatı səhmlərinin bir hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) satmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Aqrarkredit» şirkətinin kredit şöbəsinin müdiri Vüqar Yaqubov bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələyə dair tərəflər arasında danışıqlar aparılır: «AYİB-in «Aqrarkredit»də nə qədər səhm alacağı hələ müəyyənləşdirilməsə də, Bank 25%-dən çox olmayan səhm paketinə sahib olmaq niyyətindədir».

«Aqrarkredit» şirkətinin bank lisenziyasının alınmasına gəldikdə isə, V.Yaqubov bildirib ki, hazırda bu məsələ məhz AYİB-lə aparılan danışıqlara görə dondurulub: «Buna baxmayaraq, «Aqrarkredit»in bank lisenziyasının alınması gündəmdədir».

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə nizamnamə kapitalı 18,5 mln. manat, kredit portfeli isə 26 mln. manat təşkil edir. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR