Bank Of Baku

«Azərdəmiryolbank» növbəti yubileyini qeyd edir

«Azərdəmiryolbank» növbəti yubileyini qeyd edir
# 06 oktyabr 2009 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) fəaliyyətinin 20 illiyini qeyd edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1989-cu ilin oktyabrın 6-da fəaliyyətə başlayan «Azərdəmiryolbank» bu müddət ərzində mühüm nailiyyətlər əldə edib və Azərbaycanın aparıcı bankları sırasına daxil olub.

«Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2005-ci ildə «25% + 1 səhm» paketi ilə və Hollandiya İnkişaf Maliyyə Şirkətinin 2007-ci ildə 10% səhm paketi ilə «Azərdəmiryolbank»ın səhmdarları sırasına daxil olması bankın tarixində mühüm hadisələrdən olub. Beynəlxalq maliyyə təşkilatlarının səhmdarlar sırasına daxil olması «Azərdəmiryolbank»a etibarı və inamı əks etdirməklə Bankın inkişafına da müsbət təsir göstərib», - deyə bankdan bildirilib.

Bundan başqa, «Azərdəmiryolbank» ölkənin özəl bankları sırasında ilk dəfə 2004-cü ildə beynəlxalq reytinq alıb. Bank hazırda «Fitch Ratings» agentliyinin «stabil» proqnozu ilə «B-» və «Planet Rating» agentliyinin «pozitiv» proqnozu ilə «B+» reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sayılır, reytinqlər üzrə proqnoz isə bankın gələcək uğurlu inkişafını əks etdirir.

Hazırda «Azərdəmiryolbank» 43 min müştəriyə (fiziki və hüquqi şəxslərə) xidmət göstərir. Bankın respublika üzrə 29 filialı var ki, bunun da 13-ü Bakıda, 16-sı isə regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR