Bank Of Baku

«Aqrarkredit» kredit portfelini 4% artırıb

«Aqrarkredit» kredit portfelini 4% artırıb
# 06 oktyabr 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində «Aqrarkredit» qeyri-bank kredit təşkilatı kredit portfelini 4% artırıb.

«Aqrarkredit»in kredit şöbəsinin müdiri Vüqar Yaqubovun «APA-Economics»ə verdiyi məlumata görə, əgər cari ilin yanvar ayının 1-nə şirkətin kredit portfeli (lizinq daxil olmaqla) 25 mln. manat təşkil edirdisə, oktyabrın 1-nə bu rəqəm 26 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə nizamnamə kapitalı 18,5 mln. manat təşkil edib. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR