Bank Of Baku

Kazanda MDB ölkələrinin gömrük xidmətləri rəhbərləri Şurasının iclası keçiriləcək

Kazanda MDB ölkələrinin gömrük xidmətləri rəhbərləri Şurasının iclası keçiriləcək
# 07 oktyabr 2009 07:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 9-da Kazanda (Tatarıstan, Rusiya) MDB ölkələrinin gömrük xidmətləri rəhbərləri Şurasının 50-ci iclası keçiriləcək. Bu barədə «APA-Economics» Rusiya Federal Gömrük Xidmətinə istinadən məlumat verib.

Toplantıda Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın gömrük xidmətləri rəhbərlərinin iştirakı gözlənilir.

İclasda MDB gömrük xidmətləri arasında vahid informasiya sisteminin yaradılması, gömrük qanunvericiliyinin beynəlxalq hüquqi baza ilə uzlaşdırılması, işçi qruplarının ticarət dövriyyəsi ilə bağlı statistik hesabatlarına baxılması və s. məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, MDB ölkələrinin gömrük xidmətləri rəhbərləri Şurası 1993-cü ilin dekabrında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR