Bank Of Baku

Moldovada dövlət məmurlarının maaşı dondurulub

Moldovada dövlət məmurlarının maaşı dondurulub
# 07 oktyabr 2009 08:00 (UTC +04:00)
Bakı – APA-Economics. Moldovada dövlət məmurlarının maaşı artırılmayacaq. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla Moldovanın iqtisadiyyat naziri Valeri Lazer çıxış edib.
Nazir bu radikal qərarın səbəblərini də izah edib. Onun sözlərinə görə, əsas səbəb qlobal iqtisadi böhran və əvvəlki hökumətin səriştəsizliyidir: “Dövlət məmurlarının əmək haqqının artırılması yalnız ölkədə böhran şəraitinin aradan qaldırılmasından sonra mümkün olacaq. Maaşların bu cür dondurulması zərurətdən irəli gəlir, ona görə də məmurları həvəsləndirmək üçün müxtəlif üsullardan, o cümlədən onlara sosial paketlərin təqdim olunmasından istifadə ediləcək”.
İqtisadiyyat naziri cari ildə yalnız müəllimlərin maaşının artırılacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR