Bank Of Baku

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb
# 07 oktyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda daha bir kredit ittifaqı dövlət qeydiyyatından keçib. Bu barədə «APA-Economics»ə Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.

«İsmayıl Kredit İttifaqı» MMC adı ilə Masallı rayonunda fəaliyyət göstərəcək bu təşkilatın qanuni təmsilçisi Şahlar Əsədovdur. Kredit ittifaqının təsisçiləri 12 fiziki şəxsdir, nizamnamə kapitalı isə 4 008 manat təşkil edir.

Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanda daha 2 kredit ittifaqı yaradılıb. Bununla da Azərbaycanda dövlət qeydiyyatından keçmiş kredit ittifaqlarının ümumi sayı 82-yə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR