Bank Of Baku

KİV dolları zəiflədib

KİV dolları zəiflədib
# 07 oktyabr 2009 09:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 6-da dünyada ABŞ dollarının məzənnəsinin kəskin azalması baş verib ki, bu da təkcə aparıcı valyutalara qarşı deyil, həm də digər valyutalarla qarşılıqlı məzənnələr üzrə müşahidə olunub. «APA-Economics»in məlumatına görə, buna səbəb bir sıra KİV-də dərc edilən müxtəlif nəşr və məlumatlar olub.

Belə ki, Britaniyanın «The İndependent» qəzetində Fars körfəzi ölkələrinin neftin dollarla deyil, regional valyuta səbəti ilə satmaq niyyətində olması barədə və Rusiya, Çin, Yaponiya və Fransanın neft üzrə hesablaşmalarda dolların əvəz edilməsinə dair danışıqlarda iştirak etməsi barədə məlumatlar dərc olunub. Bundan başqa, «Bloomberg» agentliyi Braziliya, Rusiya, Hindistan və Çinin maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin görüşməsi və dollardan imtina edilməsinə dair razılığa gəlməsi barədə məlumat yayıb. Eyni zamanda, «Reuters» agentliyi belə razılaşmanın aspektləri konkretləşdirərək yazıb ki, Avrasiya ölkələri dolları yen, avro, yuan, qızıl və Fars körfəzi ölkələrinin yeni vahid valyutalarını birləşdirən valyuta səbəti ilə əvəzləşdirmək niyyətindədir.

Qeyd edilməlidir ki, gün ərzində həmin xəbər və məlumatlar Səudiyyə Ərəbistanı, Rusiya, Əlcəzairin rəsmiləri tərəfindən təkzib olunub. Lakin məmurların bəyanatları birjaların iştirakçılarını qane etməyib və investorlar dollardan imtina etməklə çıxaraq qızıl almağa başlayıb. Nəticədə, dollar ucuzlaşıb, qızıl isə tarixi maksimuma qədər bahalaşıb. Hətta buna paralel olaraq bütün xammal növləri, o cümlədən neft və metalları üzrə bahalaşma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR