Bank Of Baku

Azərbaycanda kredit kooperativlərinin yaradlıması ilə bağlı təkliflər hazırlanıb

Azərbaycanda kredit kooperativlərinin yaradlıması ilə bağlı təkliflər hazırlanıb
# 03 mart 2010 07:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda kredit kooperativlərinin yaradlıması ilə bağlı Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) bir sıra dövlət qurumuna təkliflərini təqdim edib. Bunu «APA-Economics»ə AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, təkliflərdə kredit kooperativləri ilə bağlı komissiyanın yaradılması, eyni zamanda Milli Məclisin növbəti iclasında «Kredit kooperativləri haqqında» qanun layihəsi üzərində iş aparılması tövsiyə olunub.

E.Bağırov bildirib ki, yeni qanun layihəsinin qəbulu xüsusilə kənd yerlərində məşğulluğun artmasına, ərzaq təhlükəsizliyinin təminatına, ucqar yerlərdə yaşayan əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə müsbət təsir edəcək.

Xatırladaq ki, hazırda dünya əhalisinin təxminən 1 milyardı kredit koopertaivlərinin üzvüdür, bu təşkilatların kapitalının ümumi həcmi isə 17 trln. ABŞ dolları təşkil edir. Bu kooperativlərin 90%-i kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.

AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR