Bank Of Baku

«DəmirBank» iki yeni kampaniyaya başlayıb

«DəmirBank» iki yeni kampaniyaya başlayıb
# 03 mart 2010 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC plastik kartlar üzrə «5 manata» və «Pulsuz» adlı müddətsiz kampaniyalara start verib.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, «5 manata» kampaniyasının şərtlərinə əsasən, əhali cəmi 5 manat ödəməklə «Visa Classic» və «MasterCard Standard» kartlarını əldə edə bilər. Kart hesabına ilkin mədaxil və ya sair ödənişlər tələb edilmir.

«Pulsuz» kampaniyasının şərtlərinə əsasən isə, plastik kartı tam pulsuz əldə etmək mümkündür, lakin bu halda müştəri öz kart hesabına ilkin mədaxil etməlidir. Müştəri kartı əldə etdiyi gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

Qeyd edək ki, «DəmirBank» həmçinin əmanətçilərə plastik kartları pulsuz və ilkin mədaxil olmadan təqdim edir, eləcə də əmanətçinin istəyi ilə əmanətin 70%-i məbləğinədək kartla kredit xətti açıla bilər. Bank eyni zamanada özünün sosialyönümlü siyasətinə uyğun olaraq Xaricdə təhsil alanlara pulsuz plastik kart Proqramını da həyata keçirir.

Bankın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank» plastik kartların inkişafı proqramına uyğun olaraq, kartlar üzrə bir sıra yeniliklər edib. Yeni kampaniyalar isə əhalinin plastik kart əldə etmək imkanlarını daha da genişləndirəcək. Bank tərəfindən plastik kartlar üzrə digər yeniliklər də nəzərdə tutulur ki, bunlar da müştərilərin daha rahat və fəal istifadə imkanlarını artıracaq.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə banklın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib. Bankın ölkə üzrə 29 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR