Bank Of Baku

Fevralda Azərbaycanda pul bazası artıb

Fevralda Azərbaycanda pul bazası artıb
# 03 mart 2010 10:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin mart ayının 1-nə 4 658,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin martın əvvəli ilə müqayisədə bu göstərici 530,3 mln. manat və ya 13% artıb. Eyni zamanda, cari ilin fevral ayı ərzində pul bazasında 99 mln. manat və ya 2,2% artım baş verib ki, bu da yanvardakı 301,9 mln. manatlıq və ya 6,2%-lik azalmadan sonra müşahidə olunub.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Beləliklə, manat pul bazasının artması həmin tərkib hissələrin hər ikisinin və ya onlardan birinin artması nəticəsində baş verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR