Bank Of Baku

Beynəlxalq Valyuta Fondu IV Maddə üzrə Azərbaycanla apardığı məsləhətləşmələri yekunlaşdırır - FOTO

Beynəlxalq Valyuta Fondu IV Maddə üzrə Azərbaycanla apardığı məsləhətləşmələri yekunlaşdırır - <font color=red>FOTO</font>
# 03 mart 2010 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası Azərbaycan hökuməti ilə apardığı məsləhətləşmələrin nəticələrinə dair mətbuat konfransı keçirib.

«APA-Economics»in məlumatına görə, ölkə hökuməti ilə məsləhətləşmələri aparmaq üçün BVF-nin IV Maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes və Yaxın Şərq və Orta Asiya ölkələri departamentinin direktor müavini xanım Ratna Sahay Azərbaycanda səfərdə olublar.

Səfərin yekununa dair keçirilən tədbirdə N.Omes qeyd edib ki, Azərbaycan qlobal maliyyə böhranına yaxşı davam gətirib, lakin böhranın təsirindən tam qoruna bilməyib: «Ötən il ərzində ölkədə ÜDM-in artım tempi müsbət təəssürat yaradaraq 9,3% təşkil edib. Lakin qeyri-neft sektorunda ÜDM-in artım tempi 2008-ci ildəki 16% səviyyəsindən ötən il 3%-ə enib. Böhranın təsiri özünü neftin qiymətinin xeyli aşağı düşməsi, həmçinin daxili və xarici tələbin azalmasında göstərib, bu isə büdcə və ixrac gəlirlərinin təxminən 30% azalmasına səəb olub».

N.Omes bildirib ki, xarici maliyyələşmə mənbələri azaldığına görə kommersiya bankları özəl sektorun kreditləşməsini məhdudlaşdırıb və bir sıra dövlət müəssisələri təkrarmaliyyələşdirmə qıtlığı ilə üzləşib: «Beynəlxalq əmtəə qiymətləri düşdüyü üçün orta illik inflyasiya kəskin azalaraq 2008-ci ildəki 20%-dən artıq səviyyədən ötən il 1,4% səviyyəsinə düşüb».

Bununla yanaşı, BVF rəsmisi bildirib ki, Azərbaycan böhrana qarşı uğurlu əks-tədbirlər həyata keçirib. Belə ki, büdcə gəlirləri azaldığı üçün hökumət prioritet olmayan xərcləri müvafiq olaraq ixtisar edib və yalnız davam etməkdə olan əsaslı investisiya layihələrini maliyyələşdirib: «Azərbaycan Mərkəzi Bankı (AMB) Milli valyutanın məzənnəsini sabit saxlamaqla və bank sisteminə likvidlik ayırmaqla maliyyə sabitliyini uğurla təmin edə bilib. Məzənnə sabitliyi inflyasiyanı azaldıb, dollarlaşmanın müvəqqəti artımı tendensiyasını kəskin dəyişib və ev təsərrüfatları və bankların balanslarına mənfi təsirdən qorunmağa imkan verib. AMB-in xarici valyuta ehtiyatlarının azalmasına baxmayaraq, 2009-cu ilin sonunda kifayət qədər yüksək olan 5,5 mlrd. ABŞ dolları səviyyəsində qalıb».

Qeyd edək ki, səfər çərçivəsində BVF missiyası Azərbaycan hökuməti, AMB, Milli Məclis, özəl sektor, diplomatik korpus və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Bu il Azərbaycanla IV Maddə üzrə məsləhətləşmələrin yekunu olaraq BVF-nin missiyası bu ilin may ayının əvvəli Fondun İcraçı Şurasına təqdim edilməsi planlaşdırılan hesabat hazırlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR