Bank Of Baku

BVF: Bu il Azərbaycanda iqtisadi artım 2,7% olacaq

BVF: Bu il Azərbaycanda iqtisadi artım 2,7% olacaq
# 03 mart 2010 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 2,7% səviyysində olacağı proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə açıqlamasında Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes məlumat verib.

Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM-in artım tempi 2009-cu ildəki 3%-dən 4,2%-ə yüksələcəyi gözlənilsə də, tempin enməsi riksləri də mövcuddur: «Cari ildə neft hasilatının yalnız 1,3% artacağı və ümumi ÜDM-in artım tempinin müvafiq olaraq yalnız 2,7% təşkil edəcəyi proqnozlaşdırılır».
Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempi 9,3% səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR