Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması davam edir

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması davam edir
# 03 mart 2010 11:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2010-cu ilin mart ayının 1-nə 5 074,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 561,5 mln. dollar və ya 10% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayı ərzində valyuta ehtiyatlarının həcmi 65 mln. dollar və ya 1,3% azalıb:




Göründüyü kimi, ötən il ərzində rəsmi valyuta ehtiyatlarında dəyişkənlik müşahidə olunub. Bundan başqa, artıq ardıcıl olaraq 4 aydır ki, valyuta ehtiyatları azalır. Bu müddət ərzində azalmanın həcmi 106,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR