Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 03 mart 2010 11:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) arxiv sənədlərinin daimi və 75 il saxlanması üçün xüsusi qutuların satın alınması, avtomatik jalüz qapının alınıb quraşdırılması, həmçinin AMB-nin inzibati binasının fasadı və kovralit örtüyünün satın alınması və binanın boyaq təmir işlərinin aparılması ilə bağlı kotirovka sorğuları elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğuda iştirak haqqı birinci və ikinci lotlar üzrə 30 manat, üçüncü və dördüncü lotlar üzrə isə 50 manatdır.

İddiaçılar tender təkliflərini bu ilin mart ayının 11-dək AMB-nin inzibati binasına təqdim edə bilərlər. Zərflər isə bu ilin mart ayının 12-də qeyd olunan ünvanda açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR