Bank Of Baku

BVF: Azərbaycan dövlət büdcəsində xərclərin keyfiyyəti, səmərəliliyi və şəffaflığını artırmalıdır

BVF: Azərbaycan dövlət büdcəsində xərclərin keyfiyyəti, səmərəliliyi və şəffaflığını artırmalıdır
# 03 mart 2010 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası ölkənin 2010-cu il üçün təsdiq etdiyi konservativ dövlət büdcəsini dəstəkləyib.

«APA-Economics»in məlumatına görə, Fondun missiyası ölkə hökumətinə dövlət xərclərinin keyfiyyəti, səmərəliliyi və şəffaflığının artırılmasını tövsiyyə edib.

«Əgər hətta neft qiymətləri büdcədə nəzərdə tutulduğundan daha yüksək və ya artım tempi gözlənildiyindən daha az olarsa, dövlət xərclərini artırmaq üçün Azərbaycan Dövlət Neft Fondundan əlavə vəsaitlər cəlb edilməməlidir. Çünki hökumət öz xərclərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün kifayət qədər imkanlara malikdir və Neft gəlirlərinin uzunmüddətli idarəolunması Strategiyasına uyğun olaraq büdcənin davamlılığını təmin etmək üçün qeyri-neft kəsirini qarşıdan gələn illərdə xeyli azaltmalıdır», - deyə missiyanın rəhbəri xanım Ninke Omes bildirib.

BVF rəsmisi həmçinin qeyd edib ki, xərclərin səmərəliliyini artırmaq üçün birinci addım olaraq büdcə maddələri hökumətin veb-səhifəsində detallı nəşr edilməlidir: «Bu, dövlət investisiya layihələri və sosial layihələrin daha yaxşı monitorinqi, seçilməsi və onların icrasına daha yaxşı nəzarət etməyə imkan verəcək. Bundan başqa, Azərbaycan hökuməti ortamüddətli dövr üçün daha sərt büdcə-vergi çərçivəsi hazırlamalı və həmin çərçivədə dövlət müəssisələrinə maliyyə dəstəyinin göstərilməsi büdcədənkənar xərclər kimi aydın göstərilməli, həmçinin bu dəstəyin tədricən azaldılması strategiyası nəzərdə tutulmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR