Bank Of Baku

«Unibank»ın yeni regional filailı açılıb

«Unibank»ın yeni regional filailı açılıb
# 03 mart 2010 12:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın «Unibank» ASC-nin Lənkəran filialının açılış mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu tədbirdə «Unibank»ın İdarə Heyətinin sədri Faiq Hüseynov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən, biznes imkanlarından, çoxprofilli müştəri xidmətlərindən danışıb. «Unibank» tərəfindən təqdim olunan bütün bank xidmətlərinin, o cünmlədən depozitlərin qəbulu, pul köçürmələri, plastik kartlar üzrə xidmətlər, həmçinin kommunal xidmətlərin Lənkəran filialı vasitəsilə yerinə yetiriləcəyini diqqətə çatdıran F.Hüseynov bankın Bakı şəhərində, eləcə də Gəncə, Quba, Şəki, Mingəçevir və Şəmkirdə də filiallarının fəaliyyət göztərdiyini qeyd edib.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək «Unibank»ın filialının rayon sakinlərinin bank xidmətlərindəki rahatlığını təmin edəcəyinə əminliyini bildirib. Sonra mərasim iştirakçıları filialda yaradılmış şəraitlə tanış olublar.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 24 filialı mövcudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR