Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Azərbaycanın məzənnə siyasətini dəstəkləyir

Beynəlxalq Valyuta Fondu Azərbaycanın məzənnə siyasətini dəstəkləyir
# 03 mart 2010 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli dövrdə məzənnə sabitliyini saxlamaq niyyətini dəstəkləyir. «APA-Economics»in məlumatına görə, bunu missiyanın rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, iqtisadiyyat daha çox diversifikasiya olunduqca və beynəlxalq kapital bazarlarına daha çox inteqrasiya etdikcə, daha çevik məzənnə bir qədər də əlverişli olacaq: «Biz Azərbaycan hökuməti ilə ortamüddətli dövrdə məzənnə çevikliyinin artırılması üçün münasib vaxt, üsullar və ilkin tənzimləmə şərtləri ilə bağlı konstruktiv dialoqu davam etdirəcəyik».

Bundan başqa, BVF missiyası maliyyə sektorunun əsaslı monitorinqi və sağlamlaşdırılması istiqamətində işi davam etdirməyin zəruriliyi ilə bağlı ölkə hökumətinin mövqeyi ilə razılaşıb: «İqtisadiyyat bərpa olduqca, inflyasiya təzyiqlərini məhdudlaşdırmaq üçün izafi likvidliyin həcmini tədricən azaltmaq lazım olacaq».

Missiya AMB-nin bank sistemini konsolidasiya etmək və banklar arasında rəqabəti gücləndirmək planlarını da bəyənib: «Son dövrdə inflyasiyanın azalmasını nəzərə alaraq, bu tədbirlər yüksək faiz dərəcələrini aşağı salmağa, eləcə də kredit və depozit dərəcələri arasındakı fərqi azaltmağa kömək etməlidir. Borc statistikasının keyfiyyətini daha da yüksəltmək üçün Mərkəzi Banka müvafiq qurumlardan alınan özəl borc və dövlət borcu haqqında məlumatları tərtib etmək səlahiyyətini verən prezident fərmanı mümkün qədər tez təsdiq olunmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR