Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Azərbaycan Mərkəzi Bankına ölkədə fəaliyyət göstərən bankların sayını azaltmağı tövsiyə edir

Beynəlxalq Valyuta Fondu Azərbaycan Mərkəzi Bankına ölkədə fəaliyyət göstərən bankların sayını azaltmağı tövsiyə edir
# 03 mart 2010 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası Azərbaycan Mərkəzi Bankına (AMB) ölkədə fəaliyyət göstərən bankların sayını azaltmağı tövsiyə edib.

«APA-Economics»in məlumatına görə, bunu missiyanın rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, BVF AMB-yə ölkənin bank sektorunda konsolidasiya həyata keçirməyi tövsiyə edib: «Hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir ki, bu da bir qədər çoxdur. Əvvəllərsə Azərbaycanda 80-ə yaxın bank işləyirdi, AMB bunların sayını azaldandan sonra ölkənin bank sektoru bir qədər inkişafa doğru getdi. Bankların sayı az olsa, AMB tərəfindən onlara dəstək vermək asan olar».

N.Omes onu da bildirib ki, BVF Azərbaycanın bank sektorunda rəqabəti bir qədər də gücləndirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR