Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bank işçiləri üçün seminar keçirib

Azərbaycan Mərkəzi Bankı bank işçiləri üçün seminar keçirib
# 03 mart 2010 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) «Visa İnc» beynəlxalq kart təşkilatı ilə birgə «Azərbaycanda Visa məhsulları və ticari ekvayerinq» mövzusunda kommersiya banklarının əməkdaşları üçün seminar keçirib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, seminarda «Visa İnc.» təşkilatının MDB ölkələri üzrə regional meneceri Aleksandr Kalita, Şərqi Avropa və MDB üzrə məhsulların inkişafı üzrə regional rəhbəri Karol Dyurinq və və Şərqi Avropa və MDB üzrə məhsullar üzrə meneceri Sergey Kotik tərəfindən bank nümayəndələrinə onları maraqlandıran bir çox mövzularda təqdimatlar keçirilib və görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR