Bank Of Baku

BVF: Bu il Azərbaycanda inflyasiya 4% olacaq

BVF: Bu il Azərbaycanda inflyasiya 4% olacaq
# 03 mart 2010 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekunlarına görə Azərbaycanda inflyasiyanın səviyyəsinin 4% təşkil edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun artım tempinin bərpası və beynəlxalq əmtəə qiymətlərinin qalxması ilə yanaşı 2010-cu ildə inflyasiyanın da 4%-ə qədər artacağı gözlənilir: «Əgər biznes nümayəndələri pessimistik əhval-ruhiyyəni saxlasalar və ya xarici tələb yalnız aşağı səviyyədə bərpa olarsa, artım tempi daha az olacaq».

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 1,5% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR