Bank Of Baku

Bu il Azərbaycanda bank aktivlərinin keyfiyyətinin düşəcəyi gözlənilir

Bu il Azərbaycanda bank aktivlərinin keyfiyyətinin düşəcəyi gözlənilir
# 04 mart 2010 06:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası 2010-cu ildə ölkə banklarının aktivlərinin keyfiyyətinin düşəcəyini proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu missiyanın rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin bir qədər aşağı düşməsi gözlənilir ki, bu da banklarda girovun qiymətinin aşağı düşməsinə səbəb ola bilər: «Daşınmaz əmlakın qiymətinin düşməsi nəticəsində girovun dəyərdən düşməsi baş verə bilər, bu da öz növbəsində baknların aktivlərinin keyfiyyətinə mənfi təsir göstərə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR