Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 6,5 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 6,5 dəfə artıb
# 04 mart 2010 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 99 ölkədəki tərəfdaşları ilə 1 791,9 mln. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 1 428,1 mln. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 363,8 mln. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 1 064,3 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,1%, o cümlədən ixrac 2,1 dəfə artıb, idxal 29,4% azalıb, müsbət saldo isə 6,5 dəfə çoxalıb.

İxrac-idxal əməliyyatlarının 58,8%-i Avropa, 30,9%-i Asiya, 9,7%-i Amerika, 0,4%-i Afrika qitəsi ölkələrinin, 0,2%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 34,4%-i İtaliya, 7,8%-i Fransa, 7,7%-i İndoneziya, 6,7%-i Rusiya, 4,7%-i İsrail, 4,6%-i ABŞ, 4,4%-i Kanada, 4%-i Ukrayna, 4%-i Tayvan (Çin əyaləti), 3,1%-i Tailand, 2,6%-i Türkiyə, 1,9%-i Almaniya, qalan 14,1%-i isə digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR