Bank Of Baku

Gələn ay «Bank Respublika»nın səhmdarlarının növbəti iclası keçiriləcək

Gələn ay «Bank Respublika»nın səhmdarlarının növbəti iclası keçiriləcək
# 04 mart 2010 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 20-də Azərbaycanın «Bank Respublika» ASC-nin səhmdarlarının növbəti iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın 2009-cu il üzrə maliyyə hesabatı, auditin nəticələri və 2009-cu ildə əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi məsələsi müzakirə ediləcək.

Yığıncaqda həmçinin bankın nizamnamə kapitalının mənfəət hesabına artırılması, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, digər hüquqi şəxslərin kapitalında bankın iştirakı və xarici maliyyə qurumu ilə bağlanmış müqavilənin şərtlərinin təsdiqi səhmdarların əsas müzakirə obyekti olacaq.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalında «25% + 1 səhm» paketinə sahib olan Almaniyanın 2 maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təmsil olunur.

Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 348 mln. manat, kredit portfeli 196,553 mln. manat, depozit portfeli 162,249 mln. manat, məcmu kapitalı 55,525 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. mamnat təşkil edib. Hazırda bakın Bakı və regionlarda 34 filial və şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR