Bank Of Baku

Azərbaycana istehlak kreditləşməsini tarazlaşdırmaq tövsiyyə edilir

Azərbaycana istehlak kreditləşməsini tarazlaşdırmaq tövsiyyə edilir
# 04 mart 2010 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana istehlak kreditlərini tarazlamağı tövsiyyə edir.

«APA-Economics»in məlumatına görə, BVF-nin IV Maddə üzrə missiyasının rəhbəri xanım Nimke Omesin sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsində yüksək aktivlik müşahidə olunur: «Bu, heç də yaxşı hal deyil. Belə ki, verilmiş istehlak kreditlərinin daha sonra geri qaytarılmasında problemlər yarana bilər və məhz bunun üçün Azərbaycanda istehlak kreditlərinin aktiv olması məsləhət deyil».

N.Omes onu da qeyd edib ki, istehlak kreditlərini daim aktiv saxlamaq bütün ölkələr üçün çətindir. Buna görə, cari və növbəti illərdə Azərbaycan bu növ kreditləri tarazlaşdırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR