Bank Of Baku

Azərbaycanın AZİPS sistemi üzrə ödənişlər fevralda artıb

Azərbaycanın AZİPS sistemi üzrə ödənişlər fevralda artıb
# 04 mart 2010 10:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin fevral ayında 5 520 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayı ilə müqayisədə bu göstərici 1,1 mlrd. manat və ya 24,9% artıb.

Qeyd edək ki, ödənişlərin sayında da artım müşahidə olunub. Belə ki, 2010-cu ilin yanvarında 24 min ödəniş aparılmışdırsa, fevralda bu göstərici 28 minə çatıb.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi fevral ayında 395 mln. manata bərabər olub ki, bu da yanvar ayı ilə müqayisədə 16 mln. manat və ya 4,2% çoxdur. Ödənişlərin sayı isə fevralda 25,2% artaraq 774 minə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR