Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı və “American Express” “Platinum Card” adlı yeni məhsul buraxıb

Azərbaycan Beynəlxalq Bankı və “American Express” “Platinum Card” adlı yeni məhsul buraxıb
# 04 mart 2010 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) və “American Express” beynəlxalq hesablaşma şirkəti “Platinum Card” adlı yeni məhsulun buraxıldığını elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, əhalinin varlı təbəqəsi üçün nəzərdə tutulmuş bu kart öz sahiblərinə bir sıra üstünlüklər təklif edir.

“American Express” kimi dünyanın aparıcı brendlərdən biri ilə əməkdaşlıq ABB-yə Azərbaycan bazarına bizim sifarişçilərin tələblərini uğurla təmin edə biləcək innovasiya məhsulu gətirmək imkanı yaradıb. “American Express”in “Platinum Card”ının buraxılması üzrə eksklüziv hüquq ən nüfuzlu müştərilərin xidməti seqmentində bankımızın rəqabət qabiliyyətini artırmağa imkan verəcək”, - deyə bankın İdarə Heyətinin sədrinin müavini Rövşən Kərimov bildirib.

Öz növbəsində “American Express”in Biznes-direktoru Con Uills bildirib ki, şirkət bu parlaq kredit kart məhsulunun Azərbaycan bazarına təklif edilməsində ABB ilə əməkdaşlıqla fəxr edir: “Nüfuzlu Azərbaycan müştərilərinin səyahətləri, həyatı və ümumilikdə maliyyə ehtiyacları zərif və tələbkar olur ki, yeni “Platinum Card” məhsulu bu ehtiyaclara cavab verir”.

Yeni məhsulun üstünlükləri sırasında səyahət və həyat tərzi üzrə xüsusi hazırlanmış ekspertlər qrupunun mövcud olması, xidmətlərin gündə 24 saat, həftədə 7 gün ərzində göstərilməsi, dünyanın 600 aeroportunun VİP-zallarına daxil olma imkanları, səyahət sığortası üzrə tam paketin təqdim edilməsi, birinci dərəcəli mal alma və qidalanmada müxtəlif imtiyazları və nəhayət, bir pulsuz əlavə kartın verilməsini qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR