Bank Of Baku

Azərbaycanın baş naziri Beynəlxalq Valyuta Fondunun missiyasını qəbul edib

Azərbaycanın baş naziri Beynəlxalq Valyuta Fondunun missiyasını qəbul edib
# 04 mart 2010 13:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) missiya nümayəndələri xanım Ratna Saxayı və xanım Ninke Omesi qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının qlobal böhranın təsirlərinə davam gətirdiyini vurğulayan BVF nümayəndələri 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin dünyada ən yüksək göstəricilərdən biri olduğunu qeyd ediblər. Hökumətin qabaqlayıcı tədbirləri sayəsində inflasiya səviyyəsinin kəskin azaldılması, yoxsulluq həddinin 13%-dən 11%-ə endiyi, sosial xərclərin artırıldığı müsbət tendensiya kimi dəyərləndirilib. Bununla yanaşı, qeyri-neft sektorunda ÜDM artımının qorunub saxlandığı da nəzərə çatdırılıb.

Görüşdə dünya iqtisadi sisteminin strukturu, institusional və idarəetmə islahatlardakı irəliləyişlər və perspektivlər, habelə özəl sektorun fəaliyyəti, xüsusən qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və neft fondu resurslarından səmərəli istifadə planları da müzakirə olunub.

Qəbul zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR