Bank Of Baku

«Xalq Bank» yeni regional filial açıb

«Xalq Bank» yeni regional filial açıb
# 04 mart 2010 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin Xaçmaz rayonunda filialı açılıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu filial vasitəsi ilə müştərilər bütün bank xidmətləri, o cümlədən depozit-kredit əməliyyatları, hesablaşma-kassa hesabı, beynəxlaq sürətli pul köçürmələri, plastik kartlarla iş və valuyuta mübadiləsi kimi əməliyyatlar həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda bankın ölkə üzrə 11 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bu il ərzində bank daha bir neçə filial açmağı planlaşdırır.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 504,264 mln. manat, depozit portfeli 283,248 mln. manat, kredit portfeli 464,003 mln. manat, məcmu kapitalı 76,169 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR