Bank Of Baku

«AFB Capital» şirkətinə yeni lisenziya verilib

«AFB Capital» şirkətinə yeni lisenziya verilib
# 04 mart 2010 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «AFB Capital» MMC-yə lisenziya verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «AFB Capital» MMC-yə qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.

Qeyd edək ki, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR