Bank Of Baku

Almaniya deputatları Yunanıstana adalarını satmağı təklif edib

Almaniya deputatları Yunanıstana adalarını satmağı təklif edib
# 04 mart 2010 14:41 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya Bundestaqının hakim partiyadan olan deputatı Yunanıstana büdcə defisitini bağlamaq üçün maraqlı təklif verib.

APA-Economics”in məlumatına görə, Xristian-Demokrat İttifaqından olan deputat Marko Vandervits Yunanıstana öz adalarının bir qismini Avropa İttifaqının krediti əvəzində girov kimi təqdim etməyi təklif edib.

Bundestaqın Azad Demokratlardan olan deputatı Frank Şeffler isə deyib ki, yunanlar məskunlaşmayan adalarını və şirkətlərdəki paylarını sata bilərlər.

Qeyd edək ki, 2009-cu ildə Avropa İttifaqı ölkələri arasında ən böyük büdcə kəsiri Yunanıstanda qeydə alınıb – 12,7%. Yunanıstanın dövlət borcu Ümumi Daxili Məhsulun 100%-ni üstələyib. Nəticədə avronun məzənnəsi getdikcə aşağı düşür. Rəsmi Afinanın yardım göstərilməsi ilə bağlı xahiş və tələbləri isə Avropa İttifaqı tərəfindən yerinə yetirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR