Bank Of Baku

«Qafqaz Lizinq»in istiqraz emissiyası dövlət qeydiyyatına alınıb

«Qafqaz Lizinq»in istiqraz emissiyası dövlət qeydiyyatına alınıb
# 05 mart 2010 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Qafqaz Lizinq» MMC-nin faizli adlı sənədsiz istiqrazları dövlət qeydiyyatına alınıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 850 ədəd, emissiyanın ümumi həcmi isə 850 min manat təşkil edir.

«Qafqaz Lizinq» MMC-nin istiqrazlarının tədavül və faiz ödəniş dövrünün müddətləri 360 gün, gəlirlik isə illik 14% təşkil edir. İstiqrazların yerləşdirilməsində andderayter rolunda «BoB Broker» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» şirkəti 2007-ci ilin oktyabr ayında dövlət qeydiyyatından keçib. Hazırda şirkətin nizamnamə kapitalı 1,05 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR