Bank Of Baku

«Nikoil Leasing» şirkətinin lizinq portfeli son bir ildə 6% azalıb

«Nikoil Leasing» şirkətinin lizinq portfeli son bir ildə 6% azalıb
# 05 mart 2010 07:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu il mart ayının 1-nə 5,411 mln. manat təşkil edib ki, bu da 2009-ci ilin martın 1-nə olan göstərici ilə müqayisədə 5,98% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, son bir il ərzində şirkətin lizinq müqavilərinin sayında (11) və nizamnamə kapitalının həcmində (100 min manat) artım olmayıb. Həmçinin, lzinqə verilən avadanlıqların dəyərində (7,996 mln. manat) və iqtisadiyyata yatırılan investisiyaların həcmi (5,884 mln. manat) dəyiməz qalıb.

M.Turabovun sözlərinə görə, lizinq portfelində 81,6% istehsalat avadanlıqları, 14,7% tikinti texnikası, 2,2% nəqliyyat sektoru, 1,5%-i isə digər sektorların payına düşür.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR