Bank Of Baku

Yunanıstan avrozonadan xaric olunmayacaq

Yunanıstan avrozonadan xaric olunmayacaq
# 05 mart 2010 07:47 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Mərkəzi Bankının (AMB) prezidenti Jan Klod Trişe Yunanıstanın avrozonadan xaric olunacağı barədə yayılan xəbərləri təkzib edib.

APA-Economics”in Bolqarıstanın BNR radiosuna istinadən məlumatına görə, J.K.Trişe bunu “absurd hipoteza” adlandırıb.

AMB prezidenti Yunanıstan hökumətinin ölkədəki iqtisadi böhranı aradan qaldırmaq üçün gördüyü tədbirləri dəstəklədiyini də bəyan edib.

Qeyd edək ki, Yunanıstanın avrozonadan xaric olunacağı haqda fikirlər Almaniyanın məşhur iqtisadçılarından Hans-Verner Zinnə məxsusdur. 2009-cu ildə Avropa İttifaqı ölkələri arasında ən böyük büdcə kəsiri Yunanıstanda qeydə alınıb – 12,7%. Yunanıstanın dövlət borcu Ümumi Daxili Məhsulun 100%-ni üstələyib. Nəticədə avronun məzənnəsi getdikcə aşağı düşür. Rəsmi Afinanın yardım göstərilməsi ilə bağlı xahiş və tələbləri isə Avropa İttifaqı tərəfindən yerinə yetirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR