Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı İT avadanlığının alınması üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı İT avadanlığının alınması üçün tender keçirir
# 05 mart 2010 09:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması məqsədi ilə tender elan edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, iştirak haqqı 250 manatdır. Tender proseduru bu il aprelin 27-də AMB-nin inzibati binasında keçiriləcək. İddiaçılar tender təklifi və tender təklifinin bank təminatını aprelin 26-dək təqdim etməlidirlər. Tender sənədləri isə ən gec aprelin 16-dək AMB-yə təqdim olunmalıdır. Əlavə məlumat üçün 493 11 22 (507) telefon nömrəsinə, 493 83 41 nömrəli faksa və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR