Bank Of Baku

Bu il Azərbaycanda bankların ixtisarına başlanacaq

Bu il Azərbaycanda bankların ixtisarına başlanacaq
# 05 mart 2010 09:54 (UTC +04:00)
A.Quliyevin sözlərinə görə, hesablaşma, aktivlər və digər göstəricilərə görə indiki 46 bankdan yalnız 20 bank sistem əhəmiyyətli banklar hesab oluna bilər. Bu səbəbdən də Mərkəzi Bankın hədəflərindən biri konsolidasiya strategiyasının hazırlanması və onun həyata keçirilməsidir. Bir sıra banklara təklif olunacaq ki, kiçik və zəif banklar birləşmə yolu ilə daha iri təşkilata çevrilsin. Bundan başqa, alternativ yol kimi bir sıra bankın qeyri-bank kredit təşkilatına çevrilmək variantı tğəklif olunur. Və nəhayət, həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq.

A.Quliyev vurğulayıb ki, strategiyanın tələbləri artıq hazırlanır və təbii ki, təklif olunan yollardan birini seçmək üçün banklara müəyyən vaxt veriləcək. Ümumilikdə, bu proses uzunmüddətlidir və bir neçə il davam edə bilər. A.Quliyev xüsusən qeyd edib ki, həmin prosesin gedişi və nəticəsində heç bir əmanətçinin mənəfeyinə xələl gəlməyəcək.

Beləliklə, Mərkəzi Bank artıq 2010-cu ildə konsolidasiya strategiyasını hazırlamaq və həyata keçirməyə başlamaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR