Bank Of Baku

Moskvada MDB-nin beynəlxalq iqtisadi forumu keçirilir

Moskvada MDB-nin beynəlxalq iqtisadi forumu keçirilir
# 05 mart 2010 10:06 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Unikal beynəlxalq təşkilat olan Müstəqil Dövlətlər Birliyi (MDB) özünün ilkin məqsədlərini yerinə yetirməsə də, özünün 20 illiyi ərəfəsində bir sıra digər mühüm məqsədləri reallaşdırıb.

APA-nın məlumatına görə, bu bəyanatı bu gün Moskvada öz işinə başlayan MDB ölkələrinin “Rusiyanın MDB-yə sədrlik ilində yeni təşəbbüslər” mövzusunda beynəlxalq iqtisadi forumda çıxış edən Rusiya baş nazirinin birinci müavini, MDB İqtisadi Şurasının sədri İqor Şuvalov səsləndirib.

Onun sözlərinə görə, MDB-nin ünvanına yönələn bütün tənqidlər haqlıdır, amma MDB-də bir çox dəyərli məqamlar var: “Hətta Gürcüstan MDB-dən çıxarkən 75 razılaşmada qalmasını xahiş etmişdi”.

İ.Şuvalov qeyd edib ki, MDB ölkələri birlik çərçivəsində sıx əməkdaşlığa hazırdırlar: “Bu səbəbdən Rusiyanın əsas vəzifəsi əməkdaşlığa yeni impuls vermək və inteqrasiyanın dərinləşdirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi olacaq”.

Qeyd edək ki, Azərbaycanı MDB-nin beynəlxalq iqtisadi forumunda baş nazirin müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR