Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: «Bank of Azerbaijan»nın fəaliyyətidəki çətinliklər daxili idarəetmə sistemi ilə bağlı olub

Azərbaycan Mərkəzi Bankı: «Bank of Azerbaijan»nın fəaliyyətidəki çətinliklər daxili idarəetmə sistemi ilə bağlı olub
# 05 mart 2010 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin fəaliyyətində yaranmış məhdudiyyətlər bankın daxili idarəetmə sistemi ilə bağlı olub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, bankın fəaliyyətində yaranmış çətinliklər əvvəlki rəhbərliyinin fəaliyyətinin nəticəsi olub: «Bank of Azerbaijan» hər zaman zərərlə işləyən bank olub. Hazırda bankın yeni rəhbərliyi tərəfindən həmin nəticələr aradan qaldırılır. Mərkəzi Bank tərəfindən isə həmin banka qarşı heç bir tələb irəli sürülməyib».

Qeyd edək ki, bu ilin fevral ayında «Bank of Azerbaijan» ASC son zamanlar bəzi KİV-də bankın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması barədə yanlış məlumatların dərc olunması ilə bağlı bəyanat yayıb. Bəyanatda ictimaiyyətə, o cümlədən bankın müştərilərinə bu məlumatların heç bir əsası olmadığı və həmin məlumatların həqiqətə uyğun olmadığı bildirilib.

Xatırladaq ki, səhmdarları «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144 mln. manat, nizamnamə kapitalı isə 15 mln. manatdır. Hazırda bankın respublika üzrə 13 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR