Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Banklar ciddi izafi likvidliklə üzləşib

Azərbaycan Mərkəzi Bankı: Banklar ciddi izafi likvidliklə üzləşib
# 05 mart 2010 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin əvvəlindən Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda ciddi izafi likvidlik yaranıb və bunun nəticəsində bankların mənfəətliyi düşür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, mənfəətliyin azalmasının əsas səbəbi ölkə iqtisadiyyatında yaranmış daralma ilə bağlıdır. «Buna görə də, banklar bu şəraitdə çox ehtiyyatlı kredit siyasəti həyata keçirlər. Digər tərəfdən banklara qoyulan əmanətlərin həcmi də artır. Mövcud aşağı inflyasiya şəratində vətəndaşlar öz sərbəst vəsaitlərini hər hansı bir biznesə deyil, banklara əmanət şəklində yatırmağı daha əlverişli hesab edir. Bu baxımdan da əmanətlər üzrə hesablanan faizlər və onları kredit şəklində yerləşdirə bilməməsi bankların mənfəətinə ciddi şəkildə mənfi təsir göstərir», - deyə A.Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən banklar arasında likvidlik problemi olan bank yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR