Bank Of Baku

«AccessBank»ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

«AccessBank»ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib
# 05 mart 2010 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AccessBank» QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ABŞ-ın «JP Morgan» bankının İnkişaf edən dünya bazarlarında Korporativ Borc Öhdəlikləri üzrə Tədqiqat Heyətinin müştərək rəhbəri xanım Viktoriya Mayls «AccessBank»ın Müşahidə Şurasının üzvlüyünə qəbul edilib. O, digər öhdəliklərinin artması səbəbindən «AccessBank» Müşahidə Şurasının Heyətindən ayrılan Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Oksana Pakı əvəz edib.

Qeyd edək ki, xanım Mayls Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikada korporativ tədqiqatlar strategiyası üzrə rəhbər, eləcə də «JP Morgan» Maliyyə İnstitutunun inkişaf edən bazarlarında kredit tədqiqatı üzrə baş analitikidir. Xanım Mayls bank sektorunun İnkişaf edən bazarlarda qiymətli kağızlar üzrə sistematik risk sahəsində mütəxəssis hesab olunur və 2008-2009 illərdə «Euromoney» jurnalı tərəfindən inkişaf edən bazarlarda kredit tədqiqatları sahəsində ən yaxşı mütəxəssislərin siyahısında birinci yeri tutub.

Xatırladaq ki, «AccessBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR