Bank Of Baku

ABŞ hökuməti yeni 100 dollarlıq əsginas buraxır

ABŞ hökuməti yeni 100 dollarlıq əsginas buraxır
# 05 mart 2010 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 21-də ABŞ hökuməti yeni 100 dollarlıq əsginasın nümunəsinin təqdimatını keçirəcək.

«APA-Economics»in məlumatına görə, 100 dollarlıq əsginas üçün yeni dizayn öz debütünü Xəzinə departamentinin Nəğd pullar otağında edəcək.

ABŞ hökuməti valyutanı saxta pul kəsənlərdən müdafiə olunmaq və ictimaiyyəti qorumaq üçün dəyişir. Qərar hökumətin yeni texnologiyalar və ənənəvi çap təchizatlarının əsasında yaranmış saxta əsginas probleminin düzgün qiymətləndirilməsindən sonra verilib.

Yeni əsginasın dövriyyəyə buraxılmasına baxmayaraq, bütün ABŞ valyutaları da buraxılma tarixindən asılı olmayaraq öz hüquqi yükünü saxlayır və onları yenisinə dəyişmək vacib deyil.

Qeyd edək ki, 100 dollarlıq əsginas ümumi dövriyyədə ABŞ pul vahidinin ən yüksək nominasiyasıdır və 2/3 hissəsi ölkədən kənarda saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR