Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı POS-terminallardan istifadə sahəsinin inkişafından narazıdır

Azərbaycan Mərkəzi Bankı POS-terminallardan istifadə sahəsinin inkişafından narazıdır
# 05 mart 2010 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı POS-terminalların artırması və istifadəsi ilə bağlı sistemli tədbirlər planı hazırlayır.

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, mövcud POS-terminallardan istifadə istənilən səviyyədə olmadığından, bu sahənin inkişafı AMB-ni qane etmir. «Azərbaycanda POS-terminalların aktuallaşmamasının bir sıra səbəbləri mövcuddur. Bunlardan birincisi əhalinin POS-terminallardan istifadə etmək mədəniyyətinin zəifliyi, digəri ticarət obyektlərində qoyulmuş bu terminallardan istifadə etməmək istəyidir ki, bu da nəticədə vergidən yayınma hallarına gətirib çıxarır», - deyə A.Quliyev bildirib.

A.Quliyev vurğulayıb ki, vergidən yayınma hallarının qarşısını almaq və əhalinin bu sahədə maarifləndirilməsi üçün Vergilər Nazirliyi ilə danışıqlar aparılır.

Qeyd edək ki, cari ilin fevralın 1-nə Azərbaycanda 8 657 vahid POS-terminal mövcud olub. Bunun da 7 833 vahidi və ya 91%-i birbaşa ticarət, iaşə və xidmət müəssisələrində yerləşib ki, bu da ölkədə həmin sahənin ümumi miqyası ilə müqayisədə çox kiçik göstəricidir. Hətta yuxarıda qeyd olunduğu kimi, artıq fəaliyyətdə olan POS-terminalların istifadəsi də Mərkəzi Bank tərəfindən qənaətbəxş hesab olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR