Bank Of Baku

Azərbaycanda “Yaşayış-tikinti bankları” haqqında qanun layihəsi hazırlanır

Azərbaycanda “Yaşayış-tikinti bankları” haqqında qanun layihəsi hazırlanır
# 05 mart 2010 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə ipoteka bazarını aktivləşdirmək məqsədilə alman modelini tətbiq edəcək.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, ipotekanın alman modelinin tətbiqi ilə bağlı Mərkəzi Bank “Yaşayış-tikinti bankları” haqqında qanun layihəsi üzərində çalışır. Bu qanun layihəsinin qəbulu və tətbiqi nəticəsində yaşayış-tikinki banklarının yaradılmasına imkan yaracaq ki, bu da öz növbəsində ipoteka sahəsində daha yaxşı nəticələrin əldə olunacağına gətirib çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR