Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb
# 06 mart 2010 13:27 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nienke Oomesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə makroiqtisadi durum və bank sektorunda vəziyyətlə bağlı yekun görüşü keçirib.
Bu barədə APA-ya Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı BVF-nin missiyasının rəhbəri səfərin nəticələri barədə danışaraq qeyd edib ki, Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranının təsirlərindən yaxşı qorunub, ölkənin rəsmi orqanları krizisə uğurlu reaksiya veriblər. O cümlədən, Mərkəzi Bankın antiböhran fəaliyyəti müsbət qiymətləndirilib.

Görüş zamanı Mərkəzi Bankın sədri missiyanın rəyinə münasibət bildirərək qeyd edib ki, 2009-cu ilin I rübündə ölkədə makroiqtisadi sabitliyin pozulması riskinin artdığı bir şəraitdə milli valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi Bankın antiböhran siyasətinin aparıcı elementi olub. Qlobal böhranın təsirləri və qonşu ölkələrdəki devalvasiyalarla bağlı psixoloji təzyiq şəraitində Mərkəzi Bank soyuqqanlılıq nümayiş etdirib və manatın sabitliyini qorunub.

Görüşdə perspektiv siyasət hədəfləri müzakirə olunarkən BVF-nin missiyası yaxın gələcəkdə Mərkəzi Bankın məzənnəni sabit saxlamaq niyyətini dəstəklədiyini qeyd edib.
Bununla belə, BVF ekspertləri hesab edirlər ki, iqtisadiyyatın diversifikasiyası və beynəlxalq kapital bazarlarına inteqrasiyası artdıqda məzənnə rejiminin çevikliyi də artırılmalıdır. Görüşdə missiya üzvləri məzənnə çevikliyinin artırılmasının uyğun müddətləri və yolları barədə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
BVF missiyası Mərkəzi Bank tərəfindən bank sisteminin konsolidasiyası planlarına da müsbət münasibət bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR