Bank Of Baku

«Azərbaycan Dəmir Yolları» QSC-də audit keçiriləcək

«Azərbaycan Dəmir Yolları» QSC-də audit keçiriləcək
# 09 mart 2010 06:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov –APA-Economics. Azərbaycan Hesablama Palatası «Azərbaycan Dəmir Yolları» QSC-də audit aparacaq. Bu «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

Palata Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işləri və Saatlı-Becar mənzilinin 98-ci km-də Araz çayı üzərində yerləşən metal körpünün tikintisi və yenidən qurulmasına ayrılan vəsaitlərdən istifadənin auditini keçirəcək. Hesablama Palatası kollegiyasının martın 4-də keçirilən iclasında bu audit proqramı təsdiqlənib.

İclasda həmçinin dövlət büdcəsinin «Mənzil-kommunal təsərrüfatı» bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, həmçinin Əzizbəyov rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə keçirilmiş auditlərin nəticələrinə dair hesabat və rəylər müzakirə olunaraq təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR