Bank Of Baku

«Qarant Sığorta» şirkətinin ödənişləri ötən il 6 dəfə artıb

«Qarant Sığorta» şirkətinin ödənişləri ötən il 6 dəfə artıb
# 09 mart 2010 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi 4,185 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 43,52% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 6,25 dəfə artaraq 250,073 min manata çatıb.

Şirkfətin İdarə Heyətinin sədri Vaqif Həsənovun sözlərinə görə, 2009-cu ilin nəticələrinə əsasən, vergi ödənişlərinin həcmi təxminən 2 dəfə artaraq 145,602 min manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilən məvləğin həcmi isə 186,631 min manat təşkil edib: «Korporativ Sosial Məsuliyyət siyasətinə riayyət edən şirkət 2009-cu ildə müxtəlif sponsorluq layihələrinə sərf olunan xərcləri artırıb. Belə ki, 2008-ci ildə sponsorluğa 8,930 min manat sərf olunduğu halda, 2009-cu ildə bu məbləğ 30 min manat olub».

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR