Bank Of Baku

Azərbaycan sığortaçıları Ukrayna təcürəsini öyrənir

Azərbaycan sığortaçıları Ukrayna təcürəsini öyrənir
# 09 mart 2010 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təmsilçilərindən ibarət olan nümayəndə heyəti Kiyevdə Ukrayna Nəqliyyat Sığorta Bürosunun rəhbərliyi ilə görüşüb.

ASA-nın icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə veridiyi məlumata görə, Ukraynaya səfər çərçivəsində təşkil olunan görüşdə həmçinin Azərbaycanın aparıcı sığorta şirkətlərinin rəhbərləri də iştirak ediblər.

Səfər zamanı Azərbaycan sığorta şirkətlərinin nümayəndələri Ukraynada «Avtonəqliyyat vasitələrinin icbari sığortası» növünün tətbiqi ilə maraqlanıblar. Q.Məcidovun sözlərinə görə, bu sığorta növü üzrə Ukraynanın sığorta şirkətləri daha geniş təcrübəyə malikdir və azərbaycanlı sığortaçılar həmin təcrübəni ölkədə tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, səfərin əsas məqsədi iki ölkə arasında qarşılıqlı təcrübə əsasında sığorta sektorunun fəaliyyətinin daha da genişləndirilməsidir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR