Bank Of Baku

Bakı Fond Birjası nizamnamə kapitalını artırır

Bakı Fond Birjası nizamnamə kapitalını artırır
# 09 mart 2010 11:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bakı Fond Birjası» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 60 min manat təşkil edir. Səhm buraxılışı qapalı şəkildə yerləşdiriləcək.

Birja mütəxəssislərinin fikrincə, Bakı Fond Birjasının səhmlərinin yerləşdirilməsinə artıq mart ayında başlanacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 5,3% artaraq 2 mln. manata çatacaq.

Qeyd edək ki, «Bakı Fond Birjası» QSC 2000-ci ildən fəaliyyət göstərir. Hazırda Birjanın 18 səhmdarı mövcuddur. QSC-nin nizamnamə kapitalı 1,140 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR